Dəhşətli qəza - ANA VƏ ATA ÖLÜB

18 Sentyabr 2021 19:17 (UTC+04:00)

İstanbulun Pendik şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yuvarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dəhşətli qəzada ata Rıdvan Ergül (29), anası Güler Ergül (31) həyatını itirib, uşaqları 3 yaşlı Dila və 1 yaşlı Muhammet isə yaralanıb.

Qəza saat 09:00 radələrində Pendik Şimali Marmara Karayolunda meydana gəlib. Digər sürücülərin dediyinə görə, hadisə yerinə çoxlu sağlamlıq və polis qrupları sövq edilib.

Qeyd edək ki, qəzanın səbəbi hələ də məlum edilməyib.