Rusiya Prezidenti Anna Netrebkonu təbrik edib

18 Sentyabr 2021 16:59 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin opera müğənnisi Anna Netrebkoya doğum günü münasibətilə təbrik teleqramı göndərib.

Mesaj Kremlin saytında da yer alıb: “"Parlaq şəxsiyyətiniz və heyrətamiz sənətkarlığınız, gözəllik və səs baxımından nadir bir səs, ilham verən yaradıcılıq nəinki ən tələbkar auditoriyanı fəth edir, həm də müxtəlif ölkələrdən milyonlarla insanı heyran edir”

Qeyd edək ki, Anna Netrebkonun həyat yoldaşı, Azərbaycanın xalq artisti Yusif Eyvazovdur.

Netrebko-Eyvazov cütlüyü Avropada yaşasalar da amma bu onların Moskva Böyük Teatrının solistləri kimi fəaliyyət göstərmələrinə mane olmur.

Nazlı