Türkiyə Müdafiə Nazirliyi təlim başladıb

18 Sentyabr 2021 19:08 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Egey dənizi və Şərqi Aralıq dənizində həyata keçiriləcək "Qərar-2021" təlimi başladığı deyilib.

Təlim çərçivəsində, qarşılıqlı işləyə bilən metodların və qarşılıqlı dəstək imkan və qabiliyyətlərinin sınanması planlaşdırılır. Quru, Dəniz və Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi Komandanlığı təlimdə iştirak edəcək.