Müharibə başlaya bilər

18 Sentyabr 2021 16:16 (UTC+04:00)

Qlobal hökmranlıq hədəfinə doğru addım-addım gedən Çinlə bağlı isti hadisələr var. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi, Çin hava donanmasına məxsus qırıcı təyyarələr də daxil olmaqla 10 təyyarənin hava sərhədlərinə girdiyini və raketdən müdafiə sistemlərinin işə salındığını açıqlayıb. ABŞ və İngiltərə ilə Pekinə qarşı müttəfiq olan Avstraliyadan "Müharibə mümkündür" xəbərdarlığı gəlib.