Mədəniyyət xadimləri Cıdır düzündə olub

18 Sentyabr 2021 15:40 (UTC+04:00)

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir. SİA xəbər verir ki, mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Cıdır düzündə olublar.

Qeyd edək ki, Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.