“Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir” - HULUSİ AKAR

18 Sentyabr 2021 15:38 (UTC+04:00)

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". SİA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: "Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir".

Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində yanında olmağa davam edəcəklərini də vurğulayıb.