Qadınlar Nazirliyi dəyişdirildi

18 Sentyabr 2021 14:48 (UTC+04:00)

Əfqanıstanda idarəni öz üzərinə götürən Taliban tərəfindən yeni qərar alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Taliban Qadınlar Nazirliyini Fəzilətin Təşviqi və Əxlaqsızlığın qarşısının alınması Nazirliyinə dəyişib. Binada yeni lövhələr qoyulub və qadınlar işdən çıxarılıb. Ancaq hələlik rəsmi açıqlama yoxdur.