"Yaxşıca sağalıram" - FUTBOLÇU AÇIQLADI

18 Sentyabr 2021 13:13 (UTC+04:00)

Braziliyalı əfsanəvi futbolçu Pele, son əməliyyatdan sonra qısa müddətdə reanimasiyaya yerləşdirildikdən sonra "çox yaxşı sağaldığını" deyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 80 yaşlı Pele bu ay bağırsağından şiş çıxarılması üçün əməliyyat edilib. Çərşənbə günü isə reanimasiyadan buraxılıb. Sao Paulo Albert Einstein Xəstəxanası, "profilaktik tədbir olaraq" yenidən qəbul edildiyini söyləyib. Pele "İnstaqram"da "Dostlarım, hələ də çox yaxşı sağalıram" yazıb. "Bu gün ailə üzvlərindən ziyarətlər aldım və hər gün gülümsəməyə davam edirəm. Sizdən aldığım bütün sevgiyə görə təşəkkür edirəm".