"Neftçi"nin oyununu FIFA referisi idarə edəcək

18 Sentyabr 2021 13:00 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun sabah keçiriləcək "Neftçi" - "Keşlə" oyununa təyinarlar açıqlanıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Elçin Məsiyevə tapşırılıb.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Munis Abdullayev hakim-inspektor, Erkin Hüseynov isə AFFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 19-da “Bakcell Arena” oynanılacaq "Neftçi" - "Keşlə" görüşü saat 18:30-da start götürəcək.