ABŞ buradan da gedir

18 Sentyabr 2021 10:52 (UTC+04:00)

ABŞ əsgərləri sahədən geri çəkilməyə davam edir. Avqustun 31-də Əfqanıstandan tamamilə çıxan ABŞ, indi qoşunlarını İraqdan çıxarır. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraq Vaşinqton rəhbərliyi ilə ABŞ-ın ölkədəki döyüşçü qoşunlarının sayını azaltmaq üçün razılıq əldə edildiyini açıqlayıb. İki ölkənin hərbi nümayəndə heyətləri arasında Bağdadda əldə edilən təhlükəsizlik razılaşmasına uyğun olaraq, İraqdakı bazalardakı ABŞ əsgərlərinin sayının və tutumunun azalacağı bildirilib.