Gürcüstanda son sutkada COVID-19-dan - 52 NƏFƏR ÖLÜB

18 Sentyabr 2021 10:43 (UTC+04:00)

Gürcüstanda ötən sutkada daha 1 997 nəfərə koronavirus diaqnozu qoyulub, 52 pasiyent vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 593 763-ə, ölənlərin ümumi sayı isə 8 498-ə çatıb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 232 nəfər artaraq 558 042 olub.