Salyan sakinlərindən "patı" aşkarlanıb - FOTO

18 Sentyabr 2021 10:15 (UTC+04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.