İran ŞƏT -ə üzv oldu

18 Sentyabr 2021 09:51 (UTC+04:00)

“İranın Şanxay Əməkdaşlıq Təşkilatında tam iştirakı Düşənbə sammitində liderlər tərəfindən təsdiqləndi”.

Qeyd edək ki, bu fikirləri iranlı jurnalist Abas Aslani twitter səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin yeni rəhbəri Hüseyin Əmir Abdollahian İranın ŞƏT -ə üzvlüyünün İranın beynəlxalq və xüsusən də regional əlaqələrinə "əhəmiyyətli təsir" göstərəcəyini bildirib.

“Bu strateji üzvlüyün İranın qonşuları ilə hərtərəfli əməkdaşlığı prosesinə və Asiyaya yönəlmiş bir siyasətə əhəmiyyətli təsir göstərəcək”. Qeyd edək ki, bu fikirləri də Aslani Abdollahianın sözlərindən sitat kimi gətirib.

Ağasəf