“Zifaf gecəsi”ndən əvvəl səsverməyə gəldilər

18 Sentyabr 2021 09:07 (UTC+04:00)

Rusiyanın Baykal bölgəsində bəylə gəlin birbaşa toydan sonra paltarlarını belə dəyişmədən səs verməyə gəliblər.

Qeyd edək ki, bölgə seçki komissiyasının məlumatlarına görə Rusiyanın bu bölgəsində seçkinin birinci günü 101 min 600 adam seçki məntəqələrində səs verib.

Bu, ümumi seçici sayının 13.10 faizini təşkil edir. Ümumilikdə, Trans-Baykal ərazisində 923 əsas və dörd müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Deyildiyi kimi, parlamentin aşağı palatasına seçkilər sentyabrın 17 -dən 19 -dək keçirilir. Dövlət Dumasının deputatları qarışıq sistem üzrə beş il müddətinə seçiləcək: 225 nəfər partiya siyahıları üzrə, digər 225 nəfər isə birmandatlı dairələrə görə seçiləcək.

Nazlı