Davos sammitinin keçiriləcəyi tarix elan olunub

18 Sentyabr 2021 04:20 (UTC+04:00)

“Davos Sammiti” olaraq da bilinən tədbirin, 2021-ci ildə Sinqapurda keçiriləcəyi elan edilsə də Covid-19 epidemiyasının ümumdünyada tüğyan etməsi səbəbindən iki dəfə təxirə salındı.

Dünya İqtisadi Forumundan (WEF) yayılan məlumata görə tədbir 17-21 yanvar 2022-ci ildə “Birlikdə İşləmək, Güvəni Yenidən bərpa etmək” şuarı ilə Davosda keçiriləcək. Açıqlamada qeyd edilib ki, iş dünyası, hökumət və qeyri-hökumət təşkilatları liderlərinin iştirak edəcəkləri sammitdə qlobal iqtisadiyyat və epidemiya səbəbiylə pisləşən digər problemlər müzakirə ediləcək.

Qeyd edək ki, Davos zirvə toplantısı 1971 -ci ildən bəri hər ilin yanvar ayında Davosda keçirilir.