İsrail tarixdə ilk dəfə Bəhreyn səfəri

18 Sentyabr 2021 02:40 (UTC+04:00)

İsrailin xarici işlər naziri Yair Lapid sentyabrın sonunda İsrail tarixində ilk dəfə olaraq Bəhreynə səfər edəcək. Bildirək ki, diplomat bunu ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Tel -Əviv, Əbu -Dabi və Manama arasında diplomatik əlaqələrin qurulması ilə bağlı “İbrahim Sazişi” nin imzalanmasının ildönümü ilə əlaqədar keçirdiyi virtual konfransda deyib.

“Ayın sonunu səbirsizliklə gözləyirəm, Bəhreynə gedəcəyəm. Bu, İsrail nazirinin bu ölkəyə ilk səfəri olacaq”.

Qeyd edək ki, rusların “RİA Novosti” saytı bu fikirlərin İsrailin xarici işlər naziri Yair Lapidə aid olduğunu bildirir.

Ağasəf