Paris ABŞ və Avstraliyadan səfirlərini geri çağırır

18 Sentyabr 2021 01:54 (UTC+04:00)

Ötən gün NATO-dan üzüləşəcəyini deyən Paris bu gün məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik qurum səfirlərinin geri çağırılmasını ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla izah edir.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.