"İnter Mayami" hələ də Messi ilə maraqlanır"

18 Sentyabr 2021 00:58 (UTC+04:00)

"İnter Mayami"nin futbolçusu Qonzalo İquain klubunun PSJ-nin hücumçusu Lionel Messi ilə hələ də maraqlandığını deyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, ESPN-ə açıqlamasında deyib.

"Leonun keçidi ilə bağlı konkret bir şey söyləmək mənim üçün çətindir. Messi, bildiyimə görə PSJ ilə iki və ya üç illik müqavilə imzalayıb. Tezliklə onunla razılığa gələcəyimizi düşünmürəm. Ancaq klub onu müqavilə imzalamaq istəyir, görək nə olacaq".