Ukraynanın adının dəyişdirilməsi təklif edilir

18 Sentyabr 2021 00:33 (UTC+04:00)

Ruslar ukraynalıların heç bir “qəbahətlərini” gözdən qaçırmırlar. İndi də onların ölkələrinin-Ukraynanın adını dəyişdirməyə “mane olmaq” istəyirlər…

Deməli, Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Ukraynanın adını dəyişdirib Ukraynanın Birləşmiş Torpaqları adlandırmaq olar.

Ukrayna mediasına verdiyi müsahibəsində Arestoviç “…əslində bu ərazilərdə geniş bir açıq yer var və bu mənada Avstriya və Almaniyaya çox bənzəyirik. Onlar torpaqla ölçürlər, biz də torpaqla ölçməliyik”-deyə bildirib.

Bu gün ölkənin öz mədəniyyəti, kiçik alt etnik qrupları, adətləri və tarixi olan bir çox təcrid olunmuş bölgəsi var, buna görə də Ukraynanın adını dəyişdirib Ukraynanın Birləşmiş Torpaqları adlandırmaq daha düzgün olardı.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Arestoviçin açıqlamasını şərh edərkən ölkəyə Ukrus adının verilməsini təklif edib.

Ağasəf