COVID-19-dan ölümü proqnozlaşdırmaq barədə YENİLİK

17 Sentyabr 2021 18:23 (UTC+04:00)

Beynəlxalq alimlər və həkimlər qrupu müəyyən ediblər ki, süni intellektin köməyi ilə COVID-19-un nəticəsini proqnozlaşdırmaq mümkündür. SİA xəbər verir ki, bu barədə “Nature Medicine” jurnalında dərc olunan araşdırmada qeyd olunur.

Araşdırma müəllifləri, dünyanın 20 tibb müəssisəsindən 16 min COVID-19 xəstəsi haqqında məlumat toplayıblar. Daha sonra, test üsuluna əsaslanaraq, havalandırılan xəstələr üçün lazım olan oksigen miqdarını və xəstəxanaya yerləşdirildikdən bir gün sonra ölüm ehtimalını hesablamaq üçün süni intellekt modelini öyrəniblər. Testin klinik həssaslığı yüzdə 95, spesifikliyi isə yüzdə 88 olub.

Model beş qitədə sınaqdan keçirilmiş, etibarlılığını və çox yönlü olduğunu sübut etmişdir. Yeni metodun başqa bir üstünlüyü, təsdiqlənməmiş COVID-19 diaqnozu ilə istifadə etmək qabiliyyətidir.

Tədqiqatçılar əmindirlər ki, koronavirus infeksiyasının yayılması davam edərkən, xəstələrin müalicəsində proqnozlaşdırıcı alqoritmlər vacibdir.