"Onun hakimiyyəti də əvvəlkilərdən fərqlənmirdi" - DEPUTAT AÇIQLADI

17 Sentyabr 2021 16:02 (UTC+04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyan adətən populist çıxış və reallaşdıra bilmədiyi bəyanatlarla xarakterizə olunur. 44 günlük müharibədən sonra onun dünya ölkələri arasında nüfuzu ciddi sarsılıb. Təbii ki, məğlubiyyətdən sonra bu tam gözlənilən idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Nikol hakimiyyətə gələrkən verdiyi heç bir vədi yerinə yetirmədi, xüsusilə Qarabağla bağlı xalqın böyük gözləntiləri var idi: "Onun hakimiyyəti də əvvəlkilərdən fərqlənmirdi. Arabir olan toqquşmalar nəhayət, ikinci Qarabağ müharibəsindəki tam məğlubiyyət buna sübutdur.
Artıq dünya ictimaiyyəti də Ermənistanın Baş nazirini ciddi bir siyasətçi kimi qəbul etmir. Bunun bariz nümunəsi kimi sentyabrın 16-sı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı olan hadisələrdir".

Deputat sözlərinə belə davam edib: "Beynəlxalq platformalarda tez- tez gülünc vəziyyətə düşən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub. Əlbəttə, Avropada çox yaxşı görürlər ki, Paşinyan peşəkar siyasət yeridə bilmir".

Ayşən Vəli