48 sahibkarlıq subyekti qeydiyyata alınıb

17 Sentyabr 2021 14:51 (UTC+04:00)

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 16-da qida məhsulları sahəsində fəaliyyət göstərən 48 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. AQTA-dan SİA-ya verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.