BMT-nin baş katibi Baydenlə görüşün tarixini açıqladı

17 Sentyabr 2021 12:09 (UTC+04:00)

BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Co Baydenlə bazar ertəsi günü görüşməyi planlaşdırdığını söyləyib. SİA xəbər verir ki, bunu Quterreş RİA Novosti -yə müsahibəsində deyib.

Qeyd olunur ki, BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyası sentyabrın 21-dən 27-dək davam edəcək.
"İnanıram ki, bazar ertəsi günü prezident Baydenlə görüşəcəyəm", deyə Quterreş öz müsahibəsində bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Politico qəzeti vəziyyətlə tanış mənbələrə istinadən ABŞ prezidentinin koronavirusla mübarizə mövzusunda qlobal zirvə toplantısı keçirmək niyyətində olduğunu yazmışdı. Sammitin BMT Baş Assambleyasının növbəti sessiyasına təsadüf edəcəyi gözlənilir. Nəşr qeyd edir ki, Amerika liderinin beynəlxalq konfrans çağırmaq niyyəti barədə artıq bir sıra ölkələrə məlumat verilib, lakin Vaşinqton hələ digər iştirakçılara rəsmi dəvət göndərməyib.