Neft yenidən ucuzlaşıb

17 Sentyabr 2021 09:36 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,19% azalaraq 1 barelə görə 75,53 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,08% azalaraq 72,5 dollar olub.