Rusiya İdlibə avia hücum təşkil edib

16 Sentyabr 2021 22:02 (UTC+04:00)

Verilən məlumata görə İdlibə hava zərbələri təşkil edən Rusiyaya məxsus üç döyüş təyyarəsi Lazkiyadakı Hmeymim bazasından qalxıb. Bildirilir ki, Rus döyüş təyyarələrinin Zurzur kəndinə təşkil etdikləri hava hücumu zamanı, Türkiyədən bir qeyri-hökumət təşkilatı tərəfindən yetim uşaqlar üçün tikilmiş evlər də hədəfə götürülüb. Hava hücumlarını həyata keçirən təyyarələrdən atılan bombalardan biri evlərin 100 metrliyinə düşüb. İtki və dağıntı barədə məlumat yayılmayıb.