İƏT nümayəndə heyəti Şuşadadır

16 Sentyabr 2021 14:42 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyətinin üzvləri şəhərdə ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baş çəkəcəklər.