Ermənistan prezidenti Fransada - NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

16 Sentyabr 2021 14:23 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan “Chamonix Minds” (“Şamoni”) beynəlxalq sammitin illik toplantısında iştirak etmək üçün Fransaya səfərə gedib. SİA xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, əsas məruzəçi kimi sammitin 3 müxtəlif iclasında iştirak edəcək.

Qeyd edək ki, “Chamonix Minds” sammitində fikir mübadiləsi aparılır, makroiqtisadiyyat, geopolitika, ətraf mühit, texnologiya, cəmiyyətin inkişafına dair məsələlər müzakirə olunur.