Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib

16 Sentyabr 2021 11:40 (UTC+04:00)

Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, sentyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.