266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub

16 Sentyabr 2021 11:45 (UTC+04:00)

"Son 8 ayda saxta əlillik və əsassız əlilliklə mübarizə çərçivəsində 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub". SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

"Bunların qarşısını almaq üçün elektron sistem kömək edir. Bu sistem vasitəsi ilə data bazalardakı məlumatlar dəqiqləşdirilir"- o bildirib.

Turqay Musayev