"Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib" - AGENTLİK

16 Sentyabr 2021 11:32 (UTC+04:00)

"Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib və qarşısı alınıb". SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb: "Vətəndaşlara müraciət edərək bildiririk ki, dəllallara inanmasınlar və onlar barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər".

Turqay Musayev