3 tondan artıq çətənə kolu məhv edilib

16 Sentyabr 2021 09:17 (UTC+04:00)

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi 3 ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.