Rus pişiyini xilas etmək üçün maşınını satdı

16 Sentyabr 2021 04:58 (UTC+04:00)

Rusiyanın Kineşma çəhər sakini Maksim Zinoviyev, ev heyvanı- pişiyi üşün bahalı bir əməliyyat xərcini ödəmək məqsədilə öz bahalı maşınını satmaq qərarına gəlib. Bu barədə Federal Xəbər Agentliyi yazır.

Belə ki, işgüzar səfərdə olarkən sevimli pişiyi Pestruşanın böyrək çatışmazlığı olduğunu öyrənən Maksim heyvanın təcili və bahalı müalicəyə də ehtiyacı olduğunu öyrənir. Təcili Kineşmaya qayıdan Zinoviyev şəxsi avtomobilini ilkin dəyərindən iki dəfə ucuz olan 800 min rubla satıb. Toplanan pulu isə Sankt -Peterburqdakı əməliyyata və sonrakı reabilitasiyaya xərcləyib.

Belə ki, Pestruşanın sahibi müalicə və reabilitasiya üçün sırasıyla 250 və 500 min rubl ödəyib.

Nazlı