Qahirəli professor Nizami Gəncəvi haqqında məqalə yazıb

16 Sentyabr 2021 00:58 (UTC+04:00)

Misirin Qahirə Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru, professor Bəhlul Əbdel Hadi Əli Əlcəzairin “Əl Hərir” portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məqalə ilə sıxış edib.

Misirli professorun Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq şəraitində qələmə aldığı “Nizami Gəncəvi: Odlar Yurdunun şair və mütəfəkkiri” sərlövhəli məqalədə dahi Azərbaycan şairinin İslam aləminin ən görkəmli mütəfəkkirlərindən biri və poeziya nəhəngi olduğu vurğulanıb.

Nizami Gəncəvinin həyatı və zəngin yaradıcılığı haqqında müfəssəl məlumat verən misirli professor qeyd edir ki, dahi şairin yaradıcılığında müqəddəs Quran və hədislərdən də istifadə olunub, İslam Peyğəmbəri vəsf edilib. Eyni zamanda, Nizaminin əsərlərində astrologiya sahəsində, göy cisimləri ilə bağlı dərin biliklər də yer alıb. Müəllif dahi şairin “Xəmsə”si ilə bağlı elmi tədqiqatlardan da bəhs edib.

Məqalənin sonunda Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri və onun buradakı məqbərəsi haqqında da məlumat verilib.