"Barselona" Albanı da itirdi...

15 Sentyabr 2021 22:12 (UTC+04:00)

“Barselona”nın daha bir futbolçusu sıradan çıxıb.

SİA bunu Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Jordi Alba zədələnib. O, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Bavariya” ilə matçda xəsarət alıb.

Albanın son durumu tibbi müayinədən sonra bilinəcək.

Xatırladaq ki, Kataloniya təmsilçisində Serxio Aquero, Martin Breytveyt, Osman Dembele və Ansu Fati də zədə səbəbindən komandaya kömək edə bilmir.(Qol.az ).