Məşhur simadan bomba etiraf

15 Sentyabr 2021 16:18 (UTC+04:00)

ABŞ fenomeni Baylee Everli "TikTok" hesabından etiraf etdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur fenomen, biseksual olduğunu və ailəsinin buna qarşı çıxdığını deyib.

ABŞ-ın Orlando əyalətində yaşayan sosial media fenomeni, sevgilisi ilə uzun müddətdir davam edən münasibətlərindən və nişanlanmağa qərar verdiklərindən danışıb.

Uşaqlıqdan dini qaydalara riayət edən bir ailədə böyüdüyünü deyən Everli, "biseksual olduğumu etiraf edəndə ailəm bu vəziyyəti qəbul etmədi" dedi.

Təxminən 14 yaşında ikən ailəsinin münasibətlər haqqında danışdığını söyləyən Everli, “Bir müqavilə imzaladım. Bu müqaviləyə görə, atamın icazə verdiyi dövrlərdə və onun nəzarəti altında sevgilim ola bilərdi. Hətta evlənənə qədər aramızda heç bir fiziki təmas olmayacaqdı".

Ayşən Vəli