Peyvənd olunmayan iş yerini dəyişməli olacaq - XƏBƏRDARLIQ

15 Sentyabr 2021 15:54 (UTC+04:00)

Fransada tibb işçiləri üçün vaksinasiya öhdəliyi başlayıb. Bu gündən etibarən həkimlər, tibb bacıları, baxıcılar, təcili yardım işçiləri, xəstəxana və qocalar evi işçiləri də daxil olmaqla bütün sağlamlıq işçiləri və yanğınsöndürənlər, işlərinə davam etmək üçün ən azı bir doza Covid-19 peyvəndi almalı olacaq. SİA-nın verdiyi məlumata görə, peyvənddən imtina edən işçilərin əmək müqavilələri və maaşları dayandırıla bilər. Birlik Həmrəyliyi təşkilatının nümayəndəsi Mark Paulin bu haqda deyib: "Peyvənd edilməyən həmkarları üçün nəticələr ciddi olacaq. Peyvənd olunmayan iş yerini dəyişdirmək məcburiyyətində olacaq".