"Azərbaycan və Türkiyə qardaşlığın ən yüksək zirvəsini fəth edib"

15 Sentyabr 2021 15:19 (UTC+04:00)

“15 sentyabr tarixə Bakı şəhərinin işğaldan azad olunması ilə düşüb. 103 il bundan öncə Nuru Paşanın və Ənvər Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu qəhrəmanlıqla daşnaq və bolşevik vandallarının qəsbkar niyyətlərinə son verib”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Xətai rayon təşkilatının sədir Vüqar Rəhimadə deyib.

Onun sözlərinə görə, bu gün də Türkiyə-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsini yaşayır: “Bu dostluq, qardaşlıq dünyada heç bir başqa ölkələr arasında yoxdur. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər “İki dövlət, bir millət” prinsipi ilə daim yaşayacaq”.

V.Rəhimzadə vurğulayıb ki, cənab Prezident İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başqanlığında bu qardaşlıq ən yüksək zirvəni fəth edib: “Hesab edirəm ki, bu həmrəylik dünya birliyində hər iki qardaş ölkənin öz arzu və istəklərinə çatmaqda çox böyük rol oynayacaq və bu rol daimi, əbədi olacaq”.