Beynəlxalq QXK-nın rəhbəri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub - FOTOLAR

15 Sentyabr 2021 14:52 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerlə görüşüb. Daimi nümayəndəlikdən SİA-ya verilən məlumata görə, görüşdə BQXK-nın ölkəmizdəki nümayəndəliyi ilə Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları arasında humanitar əməkdaşlığın imkanları, səfərlərin təşkili və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.