Rusiyada neft ehtiyatları 21 ilə çatacaq qədərdir - "Rosnedra"

15 Sentyabr 2021 13:12 (UTC+04:00)

"Rosnedr"-in rəhbəri vəzifəsini icra edən Yevgeniy Petrov Rusiyada mövcud olan gəlirli neft ehtiyatlarının 21 yetəcəyini söyləyib. O hesab edir ki, texnologiyası çətinliklə bərpa oluna bilən neft ehtiyatları ərazisi genişləndikcə bu müddət arta bilər.

Petrov Tümen Neft və Qaz Forumu çərçivəsində çıxışında əminliklə bildirib ki, Qərbi Sibir neft və qaz ehtiyatlarının kəşfiyyatı üçün ən perspektivli bölgə olaraq qalır: "Bu yataqların uzun illər işləmək potensialı var. Təxminən 20-21 il".

Westwood Global Energy-nin məlumatına görə, 2020-ci ildə dünyada kəşf edilən neft və qaz ehtiyatlarının 70%-i Rusiyadan gəlir. Ən böyük kəşflər Kara dənizdə və Qərbi Sibir dənizində "Rosneft" tərəfindən edilib. İstehsal artımını və rəqabətli neft ixracatının əhəmiyyətli bir həcmini 2035-ci ilə qədər qorumaq üçün Rusiya şirkətləri ehtiyatlarını ən az 10,4 milyard ton artırmalıdır.