"Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb" - YAP-IN SƏDR MÜAVİNİ

15 Sentyabr 2021 12:49 (UTC+04:00)

“Azərbaycan və Türkiyə hakim partiyaları Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası (AKP) arasında da əlaqələr genişlənib”. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb: “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Bizim fəaliyyət istiqamətlərimizin fəaliyyət kontorları müəyyən olunub. Hər iki partiya arasında işlər davam edəcək. Artıq partiyalar beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”.