"Bu dostluğu bütün sahələrdə inkişaf etdirməliyik" - Şərəf Malkoç

15 Sentyabr 2021 11:37 (UTC+04:00)

"Azərbaycan, Türkiyə və Pakistan arasındakı həmrəylik qarşıdakı illərdə həm İslam ölkələri, həm də dünyada sülh və əmin-amanlığın artmasına səbəb olacaq. Bu əlaqələr iqtisadiyatımıza da öz təsirlərini göstərəcək". SİA xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç deyib.

Onun sözlərinə görə, Azərbaycanın nefti, qazı Türkiyə üzərindən tranzit olaraq dünyaya nəql olunur: "Həmçinin Türkiyənin malları da Azərbaycan üzərindən müxtəlif vasitələrlə xüsusilə Asiya ölkələrinə göndərilir. Eyni zamanda universitetlərimiz arasında əlaqələr daha da sıxlaşacaq".

Ş.Malkoç vurğulayıb ki, bu dostluğu təkcə hərbi sahədə deyil, digər bütün sahələrdə daha inkişaf etdirməliyik: "Burada QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Çünki bu birlik Qafqaza, Kəşmirə, Anadoluya sülh gətirəcək. İƏT olaraq bunu hədəf seçmişik. Səfərimizin də məqsədlərindən biri budur".