Ölkəmizə faktaraşdırıcı missiya məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti gəlib - Ombudsman

15 Sentyabr 2021 11:27 (UTC+04:00)

“İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib".

SİA-nın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bir neçə gün ərzində Ermənistanın Azərbaycana qarşı işğal zamanı törətdiyi müharibə cinayətlərini, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terroru yerində araşdıracağıq. Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyik".

S.Əliyeva qeyd edib ki, səfərin yekununda bəyanatın qəbul olunması nəzərdə tutulur.