Cinpin Baydenin təkbətək görüş təklifindən imtina edib

15 Sentyabr 2021 05:57 (UTC+04:00)

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin təkbətək görüş təklifindən imtina edib.

SİA-nın Trend-ə istinad etdiyi məlumata görə, bu barədə iki ölkə liderinin telefon danışığı zamanı məlum olub.

Məlumata əsasən, C.Bayden keçən həftə liderlər arasında 90 dəqiqəlik telefon danışığı zamanı yüksək səviyyəli görüş keçirməyi təklif edib. Lakin Si Cinpin bu təklifi rədd edib və vurğulayıb ki, Vaşinqtonun Pekinə münasibətdə daha az sərt ton seçməlidir.

Qeyd edilir ki, Si Cinpinin görüşdən imtina etməsi "bir sıra ABŞ rəsmilərinin Pekinin Vaşinqtonla çətin bir oyun oynamağa davam etdiyi qənaətinə gətirib çıxarıb".