“İndi mənim nə pulum, nə ərim, nə də...”

14 Sentyabr 2021 23:32 (UTC+04:00)

Müxtəlif televiziya şoularının iştirakçısı Qoqen Solntsevin 66 yaşlı həyat yoldaşı Yekaterina Tereşkoviç bu günlərdə ərinin onu aldatmaqda günahlandırır.

Maraqlıdır ki, Qoqeni “əlindən buraxmamaq üçün” mütəmadi olaraq idman edən, düzgün qidalanan və bir neçə plastik əməliyyat keçirməli olan 66 yaşlı Yekaterinanın bütün cəhdləri, sən demə əbəsmiş.

Belə ki, 40 yaşlı əri onu başqa, daha gənc qadınlarla aldadırmış. Yəni ruslar demiş “levıy” gedirmiş.

“...İndi mənim nə pulum, nə ərim, nə də intim həyatım var. Bu bic bütün pulları məndən çıxardı, indi də içkiyə qurşanıb, içir. Onun harada olduğunu da bilmirəm, amma mənim üçün fərq etməz, boşanmağa qərar vermişəm”.

Bu fikirləri 40 yaşlı ərindən incik düşən 66 yaşlı Yekaterina Tereşkoviç bildirib.

Nazlı