“Hər şey “Taliban”ın özünü necə aparmasından asılı olacaq”

14 Sentyabr 2021 22:12 (UTC+04:00)

ABŞ -ın dövlət katibi Entoni Blinken ABŞ və Qərbin Əfqanıstana maliyyə yardımı göstərmək və xarici banklardakı aktivlərini dondurmaq qərarlarının radikal “Taliban” hərəkatının növbəti addımları əsasında veriləcəyini söyləyib.

O, “Taliban”ın ABŞ və digər ölkələrlə gələcək münasibətlərinin tamamilə davranış və hərəkətlərindən asılı olacağını vurğulayıb.

“...Biz burada “Taliban” hərəkatını azadlığını təmin edəcəkmi, terrorla mübarizədə verdiyi vədləri yerinə yetirəcəkmi, Əfqanıstan xalqının əsas hüquqlarını dəstəkləyəcəkmi, siyasi rəqibləri əleyhinə repressiyalardan çəkinəcəyindən bəhs edirik”.

SİA TASS-a istinadən bunun ABŞ –ın dövlət katibi tərəfindən bəyan edildiyini bildirib.

Blinkenin sözlərinə görə, bütün bunlarla yanaşı, onlar “Taliban”ın hansı nəticələr çıxaracağına, ABŞ və Qərbin irəli sürdüyü əsas gözləntiləri ödəmək baxımından davranışlarının necə olacağına baxacaqlar.

Ağasəf Babayev