Rusiya və İran prezidentləri müzakirələr aparıblar

14 Sentyabr 2021 18:54 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə söhbətində İranın nüvə proqramı ilə əlaqədar COVID-19 ilə mübarizə və Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-İran əlaqələrini gücləndirmək üçün qarşılıqlı fikir mübadiləsi baş tutub. Eyni zamanda Koronavirus infeksiyasının yayılması ilə mübarizə barədə də müzakirələr edilib", deyə mətbuat xidmətinin məlumatında deyilir.

İran prezidentinin mətbuat xidmətindən verilən məlumata görə isə, İran Prezidenti İbrahim Rəisi, rusiyalı həmkarı Vladimir Putinlə söhbət əsnasında, COVID-19-a qarşı mübarizənin davam etdirilməsinin, həmçinin peyvənd istehsalının vacibliyini vurğulayıb.

Qeyd olunur ki, Rəisi iki ölkə arasında koronavirusla mübarizədə əməkdaşlığın davam etdirilməsinin, həmçinin COVID-19 əleyhinə vaksinlərin istehsalının vacibliyini vurğulayıb.

Bundan əlavə, liderlər "İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla" beynəlxalq gündəmdə olan bir neçə mövzuya toxunublar. Həmçinin, İran prezidentinin sentyabrın 17-də Düşənbədə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında müşahidəçi qismində iştirakı nəzərə alınaraq, bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.