Çexiya prezidenti xəstəxanaya yerləşdirilib

14 Sentyabr 2021 17:37 (UTC+04:00)

Çexiya Prezidenti Miloş Zeman Praqada xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə Çexiyanın paytaxtındakı Mərkəzi Hərbi Xəstəxanasının nümayəndəsi İtka Zinke məlumat verib.

Prezidentlə bağlı, onun xəstəliyi və səhhəti ilə bağlı ətraflı məlumat verilmir.

Xatırladaq ki, yetmiş altı yaşında olan Zeman 2013-cü ildən respublikaya rəhbərlik edir. Son illərdə dövlət başçısı bir neçə dəfə Mərkəzi Hərbi Hospitalda yerləşdirilib və müayinə olunub.