O da münsiflərdədir

14 Sentyabr 2021 10:20 (UTC+04:00)

2-9 oktyabr tarixlərində keçiriləcək 58-ci Antalya Qızıl Portağal Film Festivalının Milli Bədii film müsabiqəsinin münsiflər heyəti bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, rejissor Emin Alperin başçılıq etdiyi münsiflər heyətinə ssenarist, rejissor və aktyorlar daxildir.

Münsiflər heyətinin ən çox tanınan adı bir çox serialda rol alan Hazal Kaya olub. Tanıtımda "Mahnı müəllifi, bəstəkar və prodüser" olaraq xatırlanan Gaye Su Akyol da münsiflər heyətindədir.

Ayşən Vəli