Neft bahalaşıb

14 Sentyabr 2021 09:33 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 73,93 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,65% artaraq 70,91 dollar təşkil edib.