ABŞ prezidenti BMT Baş Assambleyasında çıxış edəcək

14 Sentyabr 2021 07:34 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Associated Press" agentliyinin verdiyi məlumata əsasən, 100-dən çox dövlət və hökumət başçısı gələn həftə BMT Baş Assambleyasının dünya liderlərinin illik toplantısına şəxsən iştirak etməyi planlaşdırır.

Onların arasında - ABŞ prezidenti, İordaniya Kralı II Abdullah, Braziliya, Venesuela, Fələstin prezidentləri, həmçinin Yaponiya, Hindistan, Böyük Britaniya, İsrail Baş nazirləri.(SİA)